AZ

Bellinqem 2 göstəricidə tarixə düşdü

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem komandanın tarixində 21 yaşı tamam olmamış dünya və Avropa çempionatında qol vuran ikinci futbolçu olub.

Publika.az xəbər verrir ki, 20 yaş 353 günlük olan yarımmüdafiəçi Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Serbiya ilə matçında (1:0) qol vurub. “Real”ın üzvü 2 il əvvəl Qətərdə keçirilən mundialda da fərqlənməyi bacarmışdı.

21 yaşı tamam olana qədər hər iki böyük turnirdə İngiltərə millisi ilə qol vuran ilk futbolçu Maykl Ouen olub – 20 yaş 189 günlük.

Eyni zamanda, Bellinqem legioner həyatı yaşayan ingilis futbolçular arasında Avropa və Dünya çempionatlarında qol vuran ilk oyunçu olub. Hazırda “Real”da çıxış edən forvard DÇ-2018 zamanı Dortmund “Borussiya”sının formasını geyinirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
36
publika.az

10Mənbələr