Bu gün futbol üzrə Avropa çempionatında 1-ci turun növbəti görüşləri keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, dördüncü oyun günündə E və D qrupunun oyunları reallaşacaq.
Əvvəlcə E qrupu çərçivəsində Rumıniya Ukraynanı, Belçika isə Slovakiyanı sınağa çəkəcək.
Günün son oyunu isə D qrupu çərçivəsində Fransa və Avstriya yığmaları arasında baş tutacaq.
AÇ-2024
17 iyun
E qrupu
17:00. Rumıniya – Ukrayna
Baş hakim: Qlenn Nyüberq (İsveç).
Münhen, “Alyans Arena”.
20:00. Belçika – Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Frankfurt. “Valdstadion”.
D qrupu
23:00. Avstriya – Fransa
Baş hakim: Xesus Xil Mansano (İspaniya).
Düsseldorf, “Merkur Spiel-Arena”.