RU

Biləsuvarda iki minik avtomobili toqquşub

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb. Hərəkətdə olan "BMW" markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində rayon sakinləri, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev xəsarət alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Избранный
146
12
ayna.az

10Источники