AZ

Biləsuvarda yol qəzası

Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

 

Belə ki, "BMW" markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Niva" aşıb.

 

Hadisə nəticəsində iki nəfər rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev müxtəlif bədən xəsarətləri alıb.

 

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
12
hafta.az

10Mənbələr