RU

O da Ronaldonun nailiyyətini TƏKRARLADI

Niderland yığmasının hücumçusu Kodi Qakpo 21-ci əsrdə böyük beynəlxalq turnirin qrup mərhələsində ardıcıl dörd oyunda qol vuran üçüncü avropalı futbolçu olub.

Publika.az xəbər verir ki, Qakpo Avro 2024-ün 1-ci turunda Polşaya qarşı matçda qol vurub. Futbolçu bundan əvvəl 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin bütün oyunlarında qol vurub.

21-ci əsrdə yalnız portuqaliyalı Kriştiano Ronaldo və ispan Alvaro Morata belə bir nailiyyət əldə edə biliblər.

Niderland - Polşa görüşü 2:1 hesabı ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
1
publika.az

2Источники