AZ

O da Ronaldonun nailiyyətini TƏKRARLADI

  Niderland yığmasının hücumçusu Kodi Qakpo 21-ci əsrdə böyük beynəlxalq turnirin qrup mərhələsində ardıcıl dörd oyunda qol vuran üçüncü avropalı futbolçu olub.

Qakpo Avro 2024-ün 1-ci turunda Polşaya qarşı matçda qol vurub. Futbolçu bundan əvvəl 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin bütün oyunlarında qol vurub.

21-ci əsrdə yalnız portuqaliyalı Kriştiano Ronaldo və ispan Alvaro Morata belə bir nailiyyət əldə edə biliblər.

Niderland - Polşa görüşü 2:1 hesabı ilə başa çatıb.

Polşa millisinin heyətində hesabı Adam Buksa açıb. O, 16-cı dəqiqədə fərqlənib. Qarşılaşmanın 29-cu dəqiqəsində Niderlandın heyətində Kodi Qakpo hesabı bərabərləşdirib. 83-cü dəqiqədə Vout Veqhorst oyunun yekun hesabını təyin edib.  / Publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
referans.az

2Mənbələr