ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə seçicilərini üçüncü dünya müharibəsi ilə qorxudub. APA xəbər verir ki, Tramp bu barədə Detroitdə ABŞ-ın Turning Point kampaniyası tədbirində çıxışı zamanı deyib. Beləliklə, o, bir daha bəyan edib ki, Vaşinqton yeni dünya münaqişəsinə cəlb olunmaq riski daşıyır: “Ölkəmizi xilas etmək lazımdır”. "Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir, çünki ölkəmiz problem içindədir. Üçüncü dünya müharibəsinin real ehtimalı var", - Tramp deyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта