RU

Silvinyo: "Təəssüf ki, bərabərlik qolunu vura bilmədik"

"Vurduğumuz qoldan sonra həyəcanlı idik". Sport24.az xəbər verir ki, bunu Albaniyanın baş məşqçisi Silvinyo İtaliya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
 
Braziliyalı mütəxəssis oyuna yaxşı başladıqlarını söyləyib: "Vurduğumuz qoldan sonra həyəcanlı idik. Matç boyunca pis təsir bağışlamadıq, xüsusi ilə ikinci yarıda daha yaxşı oynadıq. Qarşılaşmanın sonlarına yaxın bir neçə qol epizodumuz oldu. Təəssüf ki, bərabərlik qolunu vura bilmədik".
 
Qeyd edək ki, B qrupunun ikinci matçında Albaniya İtaliyaya 1:2 hesabı ilə uduzub.

Избранный
14
1
sport24.az

2Источники