AZ

“Təəssüf ki, bərabərlik qolunu vura bilmədik”

“Vurduğumuz qoldan sonra həyəcanlı idik”. Bunu Albaniya millisinin baş məşqçisi Silvinyo İtaliya ilə keçirilən Avro-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis erkən qol vuraraq oyuna yaxşı başladıqlarını söyləyib: “Matç boyunca pis təsir bağışlamadıq, xüsusi ilə ikinci yarıda daha yaxşı oynadıq. Qarşılaşmanın sonlarına yaxın bir neçə qol epizodumuz oldu. Təəssüf ki, bərabərlik qolunu vura bilmədik”.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avro-2024-ün B qrupunun ikinci matçında Albaniya İtaliya yığmasına 1:2 hesabı ilə uduzub.

Seçilən
15
1
futbolinfo.az

2Mənbələr