RU

“Ukrayna parlamenti Putinin təklifini müzakirə etməyə başlayıb”- VOLODİN

“Ali Radanın bəzi deputatları artıq Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi sülh təklifini müzakirə etməyə başlayıblar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.

O qeyd edib ki, Vladimir Zelenskinin prezidentlik müddəti başa çatdıqdan sonra Ukrayna parlamenti Kiyevdə hakimiyyətin yeganə legitim subyekti olaraq qalır.

“Bu gün Ukrayna tərəfində yeganə qanuni qurum Ali Radadır, yalnız o, istənilən razılaşmanın əldə olunmasında iştirak edə bilər. Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, Ali Radanın bəzi deputatları artıq president Putinin təklifini müzakirə etməyə başlayıblar”, – Volodin deyib.

Azpost.info

Избранный
166
50
azpost.info

10Источники