AZ

"Zirə"dən ayrılan ukraynalı hücumçu Ermənistan klubuna keçdi

Son mövsümü "Zirə"də keçirən ukraynalı hücumçu Vladislav Kulak Ermənistan klubu "Pyunik"lə müqavilə imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Karyerasının əvvəlində Kulac Donetskin "Olimpik" komandasında çıxış edib. 2010-cu ildə Donetsk "Şaxtyor"u futbolçunun transfer hüququnu əldə edib.

Bundan sonra 31 yaşlı forvard 9 il Türkiyə, Macarıstan və Ukrayna komandalarında icarə əsasında çıxış edib. Kulac yerli liqanın nüfuzlu komandalarından Luqanskın “Zarya”, “Aleksandriya” və “Vorskla”sında çıxış edib. Ukraynalı futbolçu Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Gonved” klublarında da çıxış edib.

2020-ci ildə Kulaç azad agent kimi Ukrayna "Vorskla"sına keçib və 78 oyunda 33 qol və 3 məhsuldar ötürmə edib. 2020/21 mövsümündə 15 qolla Ukrayna Premyer Liqasının bombardiri olub. Daha sonra isə "Zirə" klubuna gələn hücumçu burada uğurlu ola bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
operativmedia.az

10Mənbələr