“Can Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olan 15 iyun Milli Qurtuluş Gününü qeyd edir. Müstəqillik yolunda şəhid olan bütün qəhrəmanlarımızı rəhmətlə yad edirəm”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun rəsmi “X” hesabında yazıb.
“Qardaş və dost ölkə Azərbaycanla acımız, kədərimiz, sevincimiz birdir. “Bir millət, iki dövlət” şüarı ilə birlik və həmrəyliyimiz əbədi davam edəcək”, - deyə Altun qeyd edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта