Can Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olan 15 iyun Milli Qurtuluş Gününü qeyd edir. Müstəqillik yolunda şəhid olan bütün qəhrəmanlarımızı rəhmətlə yad edirəm.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun X hesabında yazıb.
"Qardaş və dost ölkə Azərbaycanla acımız, kədərimiz, sevincimiz birdir. "Bir millət, iki dövlət" şüarı ilə birlik və həmrəyliyimiz əbədi davam edəcək", - Altun qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun