Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün qrup mərhələsinin növbəti görüşləri keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə A və B qrupları çərçivəsində 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçında – A qrupu çərçivəsində Macarıstan və İsveçrə futbolçuları münasibətlərinə aydınlıq gətirəcəklər. Köln şəhərində baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək.
Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00-da start götürəcək matçda İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
AÇ-2024
15 iyun
A qrupu
17:00. Macarıstan – İsveçrə
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerji” stadionu.
B qrupu
20:00. İspaniya – Xorvatiya
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu.
23:00. İtaliya – Albaniya
Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.