RU

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

Tbilisi, 15 iyun. AZƏRTAC

Ermənistanda daxili ictimai-siyasi sabitliyi pozmaqla məşğul olan müxalifət nümayəndələrinə qarşı tədbirlər görülür.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, hüquq mühafizə orqanları "Daşnaksütyun” partiyasının 20-yə yaxın üzvünü saxlayıb.

“Daşnaksütyun” partiyasının ali orqanının üzvü Qerasim Vardanyan iyunun 15-də Ermənistan İstintaq Komitəsinə dəvət olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan daha bir nəfər üç aylıq həbs cəzasına məhkum edilib.

Saxlanılanlar arasında 3 qadın da var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
13
4
azertag.az

10Источники