Şəmkirdə piyada ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Şəmkir şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını 5 yaşlı Amin İslamlını vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.