Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə növbəti qol vurulub.
32-ci dəqiqədə adını tabloya yazdıran Fabian Ruiz ispanların üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.
Qarşılaşma davam edir.
20:30
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə hesab açılıb.
29-cu dəqiqədə fərqlənən Alvaro Morata ispanları hesabda önə çıxarıb.
Qarşılaşma davam edir.
20:01
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda daha bir oyun start götürüb.
Berlin Olimpiya stadionunda başlayan görüşdə B qrupunun iki təmsilçisi - İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlir.
Qarşılaşmanı ingiltərəli baş hakim Maykl Oliver idarə edir.
"Cebhe.info"