AZ

AVRO-2024: İspaniya-Xorvatiya matçında üçüncü qol... - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə növbəti qol vurulub.

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda daha bir oyun start götürüb.

Bakupost.az xəbər verir ki, Berlin Olimpiya stadionunda başlayan görüşdə B qrupunun iki təmsilçisi - İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlir.

Qarşılaşmanı ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

20:30

29-cu dəqiqədə fərqlənən Alvaro Morata ispanları hesabda önə çıxarıb.

20.34

32-ci dəqiqədə adını tabloya yazdıran Fabian Ruiz ispanların üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

20.48

İspaniya hesabı 3:0-a çatdırır. Qolu 45+2-ci dəqiqədə Dani Karvahal vurub. Birinci hissə başa çatır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
3
bakupost.az

5Mənbələr