Azərbaycanda əkizlərin sayı sürətlə artır – Son 9 ilin statistikası
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 33 min 575 körpə doğulub. Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, yeni doğulan körpələrin 1 104-ü əkiz olub. Bu göstərici yeni doğulanların 3,3%-ni təşkil edib. Məlumat üçün bildirək ki, son illər yeni doğulanlar arasında əkizlərin sayı sürətlə artmaqdadır. Belə ki, 9 il əvvəl – 2016-cı ilin yanvar-aprel aylarında doğulan körpələrin 1,7%-i əkizlər olub. Sonrakı illərdə bu göstərici davamlı olaraq artıb. Son 9 ilin yanvar-aprel aylarında qeydə alınan göstəriciləri təqdim edirik: