RU

AVRO-2024: İsveçrə Macarıstanı məğlub edib

Bakı. Trend:

Bu gün AVRO-2024-ün final mərhələsində növbəti matçlarkeçirilir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, çempionatın ikinci oyun günü Kölndəbaşlayıb.

A qrupunun matçında Macarıstanla İsveçrə üz-üzə gəlib.Qarşılaşmanın ilk hissəsi ikincilərin 2:0 hesablı qələbəsi iləyekunlaşıb. İkinci 45 dəqiqədə macarlar fərqli azaltsalar da, əlavəedilmiş dəqiqələrdə qapılarından daha bir top buraxıblar. Nəticədəİsveçrə AVRO-2024-ə 3:1 hesablı qələbə ilə başlayıb.

Bu matçla qrupda I tura da yekun vurulub.

Qeyd edək ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiyanı 5:1hesabı ilə darmadağın edib.

AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, A qrupu
17:00. Macarıstan – İsveçrə - 1:3
Qollar:
Barnabaş Varqa, 66 - Kvadvo Dua, 12, Mişel Ebişer,45, Brel Embolo, 90+3
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Köln stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
1
az.trend.az

2Источники