AZ

AVRO-2024: İsveçrə Macarıstanı məğlub edib - YENİLƏNİB

Bu gün AVRO-2024-ün final mərhələsində növbəti matçlar keçirilir.

İdman.biz xəbər verir ki, çempionatın ikinci oyun günü Kölndə başlayıb.

A qrupunun matçında Macarıstanla İsveçrə üz-üzə gəlib. Qarşılaşmanın ilk hissədi ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci 45 dəqiqədə macarlar fərqli azaltsalar da, əlavə edilmiş dəqiqələrdə qapılarından daha bir top buraxıblar. Nəticədə İsveçrə AVRO-2024-ə 3:1 hesablı qələbə ilə başlayıb.

Bu matçla qrupda I tura da yekun vurulub.

Qeyd edək ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiyanı 5:1 hesabı ilə darmadağın edib.

AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, A qrupu
17:00. Macarıstan – İsveçrə - 1:3
Qollar:
Barnabaş Varqa, 66 - Kvadvo Dua, 12, Mişel Ebişer, 45, Brel Embolo, 90+3
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Köln stadionu

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
idman.biz

2Mənbələr