RU

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Şuşa. Trend:

İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyası (YAP) tərəfindəntəşkil olunan “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar vəqlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” adlıbeynəlxalq konfrans çərçivəsində “Ortaq dəyərlərlə müasirliyinvəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi”mövzusunda ikinci panel sessiyası keçirilib.

Trend xəbər verir ki, panel sessiyasının moderatoru - TürkiyəBöyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarasıdostluq qrupunun rəhbəri Şamil Ayrım Qarabağın incisi, Azərbaycanınmədəniyyət mərkəzi olan Şuşa şəhərini yenidən ziyarət etməkdənməmnunluğunu bildirib, hər il bu diyarda Şuşa Bəyannaməsinə həsrolunmuş konfransların keçirilməsinin ənənə halını aldığınısöyləyib.

Ş.Ayrım Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqınıtəbrik edib. Azərbaycanın haqq yolunda olduğunu deyən TBMM-nin üzvüqeyd edib ki, haqq uğrunda mübarizə məntiqi yekununa çatıb, ölkəninərazi bütövlüyü bərpa edilib. Bu gün Azərbaycanın hər tərəfindəüçrəngli Dövlət Bayrağı dalğalanır. Bu, çox önəmlidir. Amma hələ dəsülh müqaviləsi imzalanmayıb. Ona görə də Azərbaycan Prezidentiİlham Əliyevin Ermənistandan müəyyən tələbləri var. İnşallah, qalanproblemlər də həll olunacaq.

O, Prezident İlham Əliyevin söylədiyi “Bizim ailəmiz Türkdünyasıdır” fikrinin önəmini vurğulayaraq deyib ki, bu gün Türkdünyasının birliyi qaçılmaz prosesdir. Bütün Türk dünyası Türkiyəvə Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlhamƏliyevlə fəxr edir, qürur duyur”.

Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına mütləqqayıdacaqlarını vurğulayan TBMM-in üzvü deyib: “İnanırıq ki, Qərbiazərbaycanlılar doğma torpaqlardakı məscidlərində ibadət edəbiləcəklər”.

Sonra çıxış edən YAP Sədrinin müavini, Azərbaycan RespublikasıBaş nazirinin müavini Əli Əhmədov bildirib ki, qədim Türkdünyasının və bu dünyanın tərkib hissəsi olan ayrı-ayrı Türkxalqlarının, Türk dövlətlərinin öz mövcudluqlarınıqoruyub-saxlamasını, onların inkişafını şərtləndirən ən mühümamillərdən biri, bəlkə də birincisi bu günə qədər yaşatmışolduqları ortaq dəyərlər, türkçülük məfkurəsidir. Dünyadaxalqların, millətlərin hər hansı ideologiya ətrafında birləşməsiilə bağlı müxtəlif nümunələr var. Türk xalqlarını birləşdirəndəyərlər isə bütün digər nümunələrdən fərqlənir. Çünki biz eynisoy-kökünə, eyni tarixə malikik, eyni dildə danışırıq.

YAP Sədrinin müavini bu ümumi dəyərlərin Türk dövlətləriningələcək inkişafını şərtləndirən ortaq məqsədlərə çevrilməsininzəruriliyini bildirib: “Çünki ortaq məqsədlərə çevrilə bilməyənortaq dəyərlər sadəcə olaraq bir ideologiya, məfkurə, düşüncəçərçivəsindən kənara çıxa bilməz. İnanıram ki, türk xalqlarının,türk dövlətlərinin artıq formalaşmış ortaq məqsədləri birliyimizininkişafına xidmət edəcək”.

Yeni Azərbaycan Partiyasının Türk Dövlətləri Təşkilatına üzvölkələrin hakim partiyaları ilə əlaqələrinin inkişafına toxunan ƏliƏhmədov partiya diplomatiyasının günümüzün reallığı baxımındanəhəmiyyətinə diqqət çəkib. Deyib ki, özündə çox mühüm məsələləribirləşdirən bugünkü tədbir də YAP-ın partiya diplomatiyasındansəmərəli şəkildə istifadəyə verdiyi önəmin gözəl birnümunəsidir.

2020-ci ilin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türkdünyası üçün əlamətdar il olduğunu bildirən YAP Sədrinin müavinixatırladıb ki, 30 il ərzində işğal altında olan Qarabağ torpağıAzərbaycan müzəffər Ordusu tərəfindən azad edilib, ölkəmizin ərazibütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyulub. Bu Qələbəninəldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə,İkinci Qarabağ savaşında qazanılan qələbənin kökündə dayananbaşlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəbisə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaşdönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq,hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm qələbəmizin digərəsas mühüm amili isə Ali Baş Komandanımızın rəhbərliyi iləAzərbaycan Ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır.

O, Qələbənin qazanılmasına ölkəmizə böyük siyasi dəstəkgöstərmiş qardaş Türkiyənin xüsusi rolunu da qeyd edib.

Əli Əhmədov partiya diplomatiyasından istifadə edilməsiistiqamətində görülən işlərin bundan sonra da daha geniş miqyasdainkişafına nail olunacağına və bunun Türk dünyasının özməfkurəsini, ideologiyasını, əməkdaşlıq imkanlarını yüksəltməsiistiqamətində mühüm faydasını göstərəcəyinə əminliyinibildirib.

Ulusal Birlik Partiyasının sədri, Şimali Kipr TürkCümhuriyyətinin Baş naziri Ünal Üstel isə çıxışında qeyd edib ki,qədim tarixə əsaslanan və böyük gələcəyə doğru güclü addımlar atanTürk Dövlətləri Təşkilatı 200 milyona yaxın əhali sayı, təqribən4,5 milyon kvadratkilometrə çatan ərazi və 2 trilyon dollara çataniqtisadi potensialı ilə artıq qlobal bir gücə çevrilib. TürkDövlətləri Təşkilatı üzv ölkələrin tam arxalanacağı bir gücmərkəzidir.

O bildirib ki, tarixi və ortaq ənənələrə, dəyərlərə malikTDT-nin beynəlxalq nüfuzu getdikcə artır. Bu təşkilatın qlobalproblemlər və geosiyasi proseslər fonunda böyük əhəmiyyəti var.

Azərbaycan və Şimali Kipr arasında əlaqələrdən bəhs edən ÜnalÜstel ölkələrimizin əməkdaşlığı istiqamətində mühüm səylərgöstərdiklərini, əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb.“İnanıram ki, çox yaxın gələcəkdə əlaqələrimiz daha da dərinləşəcəkvə möhkəmlənəcək. Prezident İlham Əliyevin dediyi kimi, bunun dazamanı gəlmişdir. İnanırıq ki, Şimali Kipr Türk Cümhuriyyətitezliklə TDT-yə üzv qəbul ediləcək”, - deyən Ünal Üstel ölkəsinədəstəyə görə Türkiyəyə və Azərbaycana təşəkkür edib.

Ü.Üstel vurğulayıb ki, 2023-cü ildə Ulusal Birlik Partiyası, AKParti və Yeni Azərbaycan Partiyası arasında tarixi bir əməkdaşlıqmüqaviləsi imzalanıb. Bu müqavilənin imzalanmasından sonrapartiyalar arasında dialoq da artıb. Azərbaycan Milli Məclisi ŞKTCilə Dostluq Qrupunun qurulması qərarını qəbul edib və bu, çox vacibbir addımdır.

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, TBMM-nin üzvüZafer Sırakaya çıxışında qeyd edib ki, dünyada qarşıdurmaların vəqeyri-sabitliyin getdikcə artdığı və qlobal rəqabətin amansızcasınasürətləndiyi bir dövrdə yaşayırıq. Belə çətin bir prosesdə dünyanıniqtisadi mərkəzlərinin dəyişdiyini və coğrafiyamızın əhəmiyyətininartaraq bir cəlbedici mərkəzə çevrildiyini də müşahidə edirik. Beləbir mühitdə artıq Türk dünyası olaraq aramızdakı bağlarıngüclənməsinə hər zaman olduğundan daha çox ehtiyac duyuruq.

Zafer Sırakaya diqqətə çatdırıb ki, Türk dünyasının birliyinimöhkəmləndirəcək sağlam addımlar atılmaqda və mühüm nailiyyətlərəldə etməkdədir.

“Türkiyədə ötən ilin fevralında baş vermiş zəlzələdən sonra TürkDövlətləri Təşkilatına üzv ölkələrdəki qardaşlarımızdan gördüyümüzdəstək və həmrəylik, Türk xalqının yaddaşına silinməz şəkildə həkkolunub”, - deyə AK Parti Sədrinin müavini bildirib.

Vurğulanıb ki, TDT üzvlərinin dünya ölkələri ilə ticarəti 1,2trilyon dolları ötüb. Enerji və Orta Dəhliz kontekstində nəqliyyatsahələrində də əməkdaşlığı artırmaq istiqamətində möhtəşəmpotensial mövcuddur.

Plenar sessiyada çıxış edən Fides-Macar Vətəndaş İttifaqıPartiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluqqrupunun rəhbəri Attila Tilki ölkəsində keçirilən son prezidentseçkilərindən, Ukraynada davam edən müharibədən, Avropa İttifaqınınvə AŞPA-nın ikili standartlarından danışıb. Azərbaycanda qadınlarasəsvermə hüququnun Avropa ölkələrindən çox əvvəl verildiyinibildirən Attila Tilki qeyd edib ki, indi həmin ölkələrdemokratiyadan, suverenlikdən danışırlar. “Bizim türklərləqohumluğumuz olduğu üçün çox qürurluyuq. Çünki bilirik ki, bizbirlikdəyik”, - deyən A.Tilki Azərbaycanda olduqları üçün özlərinixoşbəxt hiss etdiklərini söyləyib. O, azad olunmuş ərazilərdəhəyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı ölkəmizətəbriklərini çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
47
az.trend.az

10Источники