AZ

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…

Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi hadisədir.

Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal TDT-nin iyulun 5-6-da Şuşada keçiriləcək sammiti haqda danışarkən deyib.

Onun sözlərinə görə, TDT-nin Şuşa sammiti azad olunmuş ərazilərdə ilk beynəlxalq səviyyəli siyasi tədbirdir.

“Türk dövlətlərinin liderləri Şuşaya səfər edəcək. İndiyə qədər müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər edib, lakin bu sammitdə 8 ölkə lideri Şuşada mühüm siyasi məsələləri müzakirə edəcək. Bu, hər şeydən öncə azad olunmuş ərazilərda qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividentlər vəd edir.

Birincisi, Şuşa başda olmaqla azad olunmuş ərazilər siyasi dialoq məkanına çevrilə bilər, TDT-nin sammitinin bunun başlanğıcı olacağını düşünürəm.

İkincisi, bu bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaradır. Adətən xarici investorlar təhlükəsizliyə xüsusi önəm verir, çünki qoyduqları kapitalın risklərlə üzləşməsini istəmirlər. Azad olunmuş ərazilərdə bu səviyyədə tədbirlərin keçirilməsi Qarabağın investisiyalar üçün cəlbedici bölgə olduğunu əyani şəkildə nümayiş etdirir”, - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
publika.az

10Mənbələr