RU

Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir - Aygün Attar

Şuşa. Trend:

Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi sadəcəiki dövlət arasında strateji ortaqlıq sənədi olmaqla qalmır, bütünTürk dünyasında birlik ruhunu coşqu ilə tərənnüm edir. Bu sənədTürk Dövlətləri Təşkilatında (TDT) da birliyi gücləndirənamillərdən biridir.

Trend xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatı: geosiyasireallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərədoğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransçərçivəsində təşkil edilən “Türk dünyası-2040”: gələcəyə konseptualbaxış” mövzusunda üçüncü plenar sessiyada Türkiyə RespublikasınınPrezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü,Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarəHeyətinin sədri Aygün Attar deyib.

Onun sözlərinə görə, hazırda Türk Dövlətləri Təşkilatı siyasi,iqtisadi və insani tərəfləri ilə Türk İş Birliyinin gücü olmavəzifəsi və məsuliyyətini daşıyır: “İstanbulda keçirilən türkdövlət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası– 2040” sənəd Türk İş Birliyinin önümüzdəki 20 il içindəkihədəflərini geostrateji yöndən gözlər önünə sərir. TDT-nin ilkstrateji sənədi bu cümlələrlə başlayır: “Dünya miqyasında sürətlidəyişiklikləri və onların üzərimizdəki təsirlərini tanımaq və ələalmaq üçün strateji bir vizyonu vacib edən bir dövrdəyaşamaqdayıq". Dolayısı ilə dünya miqyasında yaşanan hadisələrbeynəlxalq regional və qitələrarası mənada strateji baxışa sahibolma zərurətini doğurub. “Türk Dünyası – 2040” vizyon sənədindətərif edilən coğrafiya bu təşkilata üzv olan dövlətlərin olduğuAvrasiya coğrafiyasıdır. Avrasiyanın idarəsi üçün ehtiyac duyulanən əsas güc TDT çətiri altında sağlam işbirliyidir. Bu mənada TDTtərkibindəki iş birliyi sahələri işığında hazırlanan vizyon sənədi"Siyasi və Təhlükəsiz İşbirliyi", "İqtisadi və Sektor İşbirliyi","İnsandan İnsana İşbirliyi" və "Üçüncü Tərəflərlə İşbirliyi" olmaqüzrə dörd bölümdən ibarətdir. Bu sənəd həm regional, həm dəbeynəlxalq tərəflərdən zamanın tələblərini yaxşı tutmaqda və bunayönəlmiş atılacaq yekun addımları konkret bir şəkildəsərgiləməkdədir. Beləliklə, “Türk Dünyası – 2040” vizyonunun ortayaatılması özü özlüyündə geostrateji bir həmlədir”.

A.Attarın fikrincə, TDT-nin qurucu sənədi olan NaxçıvanBəyannaməsində yer alan suverenlik, bərabərlik, ərazi bütövlüyü vəsərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququnəsas prinsipləridir. Bu amilin “Türk Dünyası – 2040” vizyonunundada öz əksini tapması çox önəmlidir. A.Attar qarşıya qoyulanhədəflərin reallığa çevrilməsinin türk iş birliyinin Avrasiyadakıgeopolitik yöndə gücünü artıracağını vurğulayıb.

Избранный
114
3
az.trend.az

10Источники