Almaniya və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Ferqus Old və Ralf Horlemann AVRO-2024-ün açılış matçı olan Almaniya – Şotlandiya oyununu (5:1) birgə izləyib.
Sportinfo.az xəbər verir ki, bu barədə almaniyalı diplomat sosial şəbəkədə bildirib.
“Hazırıq! Həmkarım və dostum Ferqus Oldla Böyük Britaniyanın iqamətgahında Almaniya və Şotlandiya arasında AVRO-2024-ün açılış matçı canlı yayımlanır. Qoy güclü olan qalib gəlsin!”, – Horlemann qeyd edib.