RU

Filip Yorgensen La Liqa klubu ilə yeni müqaviləyə imza atdı

İspaniyanın “Vilyarreal” klubunun qapıçısı Filip Yorgensen La Liqa təmsilçisi ilə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı qolkiper 5 illik (2029-cu ilin 30 iyununa qədər) yeni müqaviləyə imza atıb.

Filip Yorgensen peşəkar karyerasına elə “Vilyarreal”da başlayıb. O, 2023-cü ilin yanvar ayından bu klubun əsas komandasında çıxış edir. Danimarkalı qolkiper ötən mövsüm veteran Pepe Reynanı əsas heyətdən kənarlaşdırmışdı. Filip 2023/2024 mövsümündə 37 oyuna çıxıb, 64 qol buraxıb, 6 “quru” matç keçirib. Yorgensen La Liqanın son mövsümündə ən çox seyv edən (143) qapıçı ünvanına sahib olub. Filip Yorgensenin “Vilyarreal” karyerası bütövlükdə 44 oyun, 75 buraxılmış qol və 7 “quru” matçdan ibarətdir.

Xatırladaq ki, İspaniya çempionatının son mövsümünün nəticələrinə əsasən, “Vilyarreal” yarışı turnir cədvəlinin 8-ci pilləsində başa vurub.

Yorgensen İsveçdə dünyaya göz açmasına, bu ölkənin U-16 və U-17 yığmalarında oynamasına baxmayaraq, 2021-ci ildə Danimarkanın U-21 yığmasında forma geyinməyə başlayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı qolkiperin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

“Vilyarreal” bir neçə gün öncə müdafiəçisi Etyen Kapue ilə yollarını ayırdığını da açıqlamışdı.

Избранный
194
arena.az

1Источники