RU

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb, heyət xilas edilib

Ankara, 14 iyun, AZƏRTAC

Türkiyənin cənub-qərbindəki Aydın vilayətinin Didim bölgəsində meşə yanğınları ilə mübarizə aparmaq üçün istifadə edilən C-215 amfibiya təyyarəsi Bafa gölü ərazisində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, qəza anında təyyarədə olan hər üç mütəxəssis xilas olunub. Qəzanın səbəbləri araşdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
1
azertag.az

4Источники