AZ

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb, heyət xilas edilib

Türkiyənin cənub-qərbindəki Aydın vilayətinin Didim bölgəsində meşə yanğınları ilə mübarizə aparmaq üçün istifadə edilən C-215 amfibiya təyyarəsi Bafa gölü ərazisində qəzaya uğrayıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, qəza anında təyyarədə olan hər üç mütəxəssis xilas olunub. Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
sia.az

4Mənbələr