RU

Azərbaycanlı bloger "Telegram"ın yaradıcısı olan milyarderlə GÖRÜŞDÜ - FOTO

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov Qırğızıstana yollanıb.

Bizim.Media xəbər verir ki, Hüseyn orada "Telegram" platformasının yaradıcısı və sahibi milyarder Pavel Durovla bir araya gəlib.

kaktus.media-nın yaydığı məlumata görə, Pavel Qırğızıstana bizneslə bağlı gəlib.

Həsənovla Durovun görüşündən çəkilən fotolar mediaya sızıb.

Qeyd edək ki, Pavel Durov 2014-cü ildə Rusiyanı tərk edib, 2017-ci ildən Dubayda yaşayır, elə həmin il “Telegram” sosial şəbəkə platformasının qərargahını Dubaya köçürüb. 2022-ci ildə Pavel Durov BƏƏ vətəndaşlığını alıb. 

Bundan əlavə, milyarder Rusiya və Fransa ilə yanaşı, Karib adalarında yerləşən Sent Kits və Nevis dövlətinin də vətəndaşıdır. Onun sərvəti 15 milyard dollar təşkil edir.




Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
132
6
bizim.media

10Источники