Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, iyunun 14-də saat 15 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində Nasir Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada,1953-cü il təvəllüdlü Lətifov Rəsul Vəhbi oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта