AZ

Şəkidə avtomobil 71 yaşlı kişini vuraraq öldürüb

İyunun 14-də saat 15 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində Nasir Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 1953-cü il təvəllüdlü Lətifov Rəsul Vəhbi oğlunu vurub.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Məlumata görə, piyada aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
5
ikisahil.az

6Mənbələr