RU

“Məni qınamayın” - Çinarə

Aparıcı Çinarə Əliyeva övladını itirdikdən sonra növbəti dəfə açıqlama verib.

OLAY yazır ki, Çinarə innstaqramda video paylaşaraq toparlanmağa çalışdığını deyib:

“İçimdə nə çəkirəm, Allah şahiddir. Ailəm yanımdadır. Belə olmağını biz də istəmirdik. Lakin Allahın bildiyi bir şey var imiş ki, belə olmalıymış. Qarşıda işlərimiz var. Özümü toparlamağa çalışıram. Amma çox çətindir. Mən neqativ şeyləri sevmirəm. Həmişə deyib-gülürəm, çalışıram ki, sizə yaxşı xəbərlər verim. Allahın bir yazısı var imiş ki, belə oldu. Mənim yaxın rəfiqələrim var, deyirlər, anamız necə ağlayıb. Bir qadın kim məni anlayırsınız, hətta bəylər də xoş rəylər yazıb. Qarşıda məclislərim var. Xahiş edirəm, məni heç kim qınamasın. Bilirəm ki, bir il sonra da çıxanda yenə qınayanlar olacaq. İşimə qayıtmalıyam, məclislərimə davam etməliyəm. Çalışıram ki, yavaş-yavaş unudum. İnşallah ki, allah məni mükafatlandırar. Xahiş edirəm, məni yormayın, mənə mənasız suallar verməyin. Bilirəm ki, cəmiyyət içinə çıxanda suallar verəcəklər. Yaranı yenidən təzələməyin. Sanki belə bir şey olmamış kimi davranın”.

Qeyd edək ki, aparıcı doğuşdan bir gün sonra övladını itirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
2
olay.az

4Источники