AZ

"Qarşıda məclislərim var, məni heç kim qınamasın" - Çinarə

Aparıcı Çinarə Əliyeva yenidən övladını itirməsinə dair danışıb.

 

O, "Instagram"da video paylaşaraq halını izhar edib: 

 

“İçimdə nə çəkirəm, Allah şahiddir. Ailəm yanımdadır. Belə olmağını biz də istəmirdik. Lakin Allahın bildiyi bir şey var imiş. Qarşıda işlərimiz var. Özümü toparlamağa çalışıram. Amma çox çətindir. 

 

Mən neqativ şeyləri sevmirəm. Həmişə deyib-gülürəm, çalışıram ki, sizə yaxşı xəbərlər verim. Yaxın rəfiqələrim var, deyirlər, anamız necə ağlayıb. Bir qadın kim məni anlayırsınız, hətta bəylər də xoş rəylər yazıb. Qarşıda məclislərim var. Xahiş edirəm, məni heç kim qınamasın.

 

Bilirəm ki, bir il sonra da yenə qınayanlar olacaq. İşimə qayıtmalıyam, məclislərimə davam etməliyəm. Çalışıram ki, yavaş-yavaş unudum. Xahiş edirəm, məni yormayın, mənə mənasız suallar verməyin”.

Tarix: 14 İyun 2024, 16:53   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
pravda.az

4Mənbələr