RU

ABŞ Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv edib

Birləşmiş Ştatlar Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv etdiyini, çünki araşdırmalarında heç bir insan hüquqları pozuntusu aşkar edilmədiyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən sözçüsü BBC-yə bildirib ki, Ukraynanın Azov briqadasının insan haqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparılıb.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, araşdırmalardan sonra briqadada “hər hansı insan hüquqları pozuntusuna” yol verildiyi aşkar edilməyib.

Sözçü bildirib ki, bu baxışdan sonra hökumət briqadanın ABŞ-dən silah dəstəyi almasına mane olan qadağanı aradan qaldırıb.

Azov briqadasının qərarla bağlı verdiyi açıqlamada: “ABŞ-dən silah və hərbi təlim almaq Azovun hərbi potensialını gücləndirəcək, həm də briqadadakı insanların sağlamlığını və həyatını qoruyacaq”, - ifadəsi işlədilib.

Qeyd edək ki, 2014-cü ildə könüllülər briqadası kimi yaradılan Azov sonradan Milli Qvardiyaya verilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2016-cı ildə dərc etdiyi hesabatda Azov briqadası Ukraynanın şərqində "mülki mülki talan etməkdə və insanların didərgin düşməsinə səbəb olmaqda" günahlandırılıb.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
2
525.az

4Источники