AZ

ABŞ Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv edib

Birləşmiş Ştatlar Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv etdiyini, çünki araşdırmalarında heç bir insan hüquqları pozuntusu aşkar edilmədiyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən sözçüsü BBC-yə bildirib ki, Ukraynanın Azov briqadasının insan haqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparılır.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, araşdırmalardan sonra briqadada “hər hansı insan hüquqları pozuntusuna” yol verildiyi aşkar edilməyib.

Sözçü bildirib ki, bu baxışdan sonra hökumət briqadanın ABŞ-dən silah dəstəyi almasına mane olan qadağanı aradan qaldırıb.

Bu arada Azov briqadasının qərarla bağlı verdiyi açıqlamada “ABŞ-dən silah və hərbi təlim almaq Azovun hərbi potensialını gücləndirəcək, həm də briqadadakı insanların sağlamlığını və həyatını qoruyacaq”,-deyə qeyd edilib.

2014-cü ildə könüllülər briqadası kimi yaradılan Azov sonradan Milli Qvardiyaya verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
aznews.az

4Mənbələr