Reklam gəlirləri əksər özəl televiziya şəbəkələri üçün maliyyənin əhəmiyyətli hissəsini təmin edir. 2010-cu ildən etibarən dünyada reklamların sayı durmadan artıb.
Bəs dünyada televiziya reklamlarından nə qədər gəlir əldə edilib?
İqtisadiyyat.az bununla bağlı dünya statistikasına əsasən araşdırma aparıb.
Məlumata görə, ötən il dünyada televiziya reklamından əldə olunan gəlir 2022-ci ildəki 135,1 milyard dollardan 132,4 milyard dollara yüksəlib. Növbəti illərdə isə bu rəqəmin bir qədər dəyişəcəyi proqnozlaşdırılır.
İl | Reklam gəliri |
2018 | 148,2 milyard dollar |
2019 | 144,5 milyard dollar |
2020 | 123,3 milyard dollar |
2021 | 136,7 milyard dollar |
2022 | 135,1 milyard dollar |
2023 | 132,4 milyard dollar |
2024* | 131,8 milyard dollar |
2025* | 132,8 milyard dollar |
2026* | 131,7 milyard dollar |
2027* | 131,6 milyard dollar |
2028* | 130,4 milyard dollar |
Araşdırmalara əsasən, dünya üzrə reklam xərcləri ötən il demək olar ki, 733 milyard ABŞ dollarına çatıb ki, bu da 2022-ci ilə nisbətən 3% azdır.
Hesabat dövründə ABŞ təqdim olunan kreativlik reytinqində 7,22 mindən çox xal toplayaraq dünyanın ən kreativ reklam bazarları siyahısına başçılıq edir. ABŞ 2022-ci ildə reklam xərclərinə görə də dünyanın ən böyük bazarı olub.
Gözəl Həşimova