2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.
525.az-a BDU-dan verilən məlumata görə, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.
Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar “Korreksiyaedici təlimin metodika və metodologiyası”, "Ölkəşünaslıq (Qazaxıstan üzrə)", "Ölkəşünaslıq (Özbəkistan üzrə)", "Ərzaq məhsullarının ekspertizası və marketinqi", "Şəhər kadastrı", "Akvabitkilər", "Mədəniyyət hüququ" ixtisaslaşmalarıdır.
Bizi Facebookda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта