AZ

BDU-da yeni ixtisaslar açılacaq

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.

BDU-dan verilən məlumata görə, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində "Ekologiya mühəndisliyi" ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.

Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar "Korreksiyaedici təlimin metodika və metodologiyası", "Ölkəşünaslıq (Qazaxıstan üzrə)", "Ölkəşünaslıq (Özbəkistan üzrə)", "Ərzaq məhsullarının ekspertizası və marketinqi", "Şəhər kadastrı", "Akvabitkilər", "Mədəniyyət hüququ" ixtisaslaşmalarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
19
olaylar.az

10Mənbələr