Aktual.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, sosial əhatəlilik dairəsinin genişləndirilməsi üçün tədbirlər görülür:
"Qanunvericilikdə məhdudiyyət varsa, o məhdudiyyətə rəğmən pul verilə bilməz. Qanunda olan məhdudiyyətlər də zamanında əsaslandırılıb. Qanuna dəyişiklik təklifi varsa, baxa bilərik. Amma hər bir dəyişikliyin də maliyyə yükünə baxılmalıdır”.