RU

Qubada su kəməri niyə PARTLAYIB? – RƏSMİ AÇIQLAMA/VİDEO 

Xəbər verdiyimiz kimi, Qubanın Qəçreş kəndində su kəməri partlayıb. Nəticədə kəndin yolunu və bir evi su basıb. Belə ki, kənd sakini Şahid Məmmədovun evi partlayan kəmərdən axan su fontanının təsirindən ziyan görüb, evin zirzəmisini su basıb.

Quba rayon İcra Hakimiyyəti başçısının Qəçreş kəndi üzrə ərazi nümayəndəsi Ələkbər İsmayılov Bizim.Media-nın yerli bürosuna açıqlamasında hazırda partlayan 500 mm magistral su kəmərinin bərpası istiqamətində işlərin getdiyini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubanın Qəçrəş kəndində su borusu partladı – VİDEO


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə bildirib ki, partlayışa magistral su kəmərinə normadan xeyli artıq sel sularının gəlməsi səbəb olub.
 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
109
10
bizim.media

10Источники