AZ

Şəkidə iki avtomobil toquşub, səki ilə hərəkət edən piyada xəsarət alıb - FOTO

Axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən xəbər verir ki, hərəkətdə olan "Nissan" markalı avtomobil VAZ 2106 markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən VAZ 2106 markalı avtomobil yol kənarında yerləşən marketin qarşısındakı səkidə hərəkət edən 45 yaşlı piyada Qəhrəman Davudova çırpılıb.
Nəticədə ağır bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
10
bizim.media

10Mənbələr