RU

Naxçıvanda hərbiçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir - Baş Prokurorluq

Bakı. Trend:

Naxçıvanda hərbiçimizin ölümü ilə bağlı cinayət işinin istintaqıdavam edir.

Trend xəbər verir ki bu barədə Baş Prokurorluğun Mətbuatxidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş MüdafiəNazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgərHüseynov Ceyhun Tofiq meyitinin 2 gün sonra Naxçıvan MuxtarRespublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsiistiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvanhərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci(ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmışcinayət işinin ibtidai istintaqı davam etdirilir:

"Cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik,daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinəvə meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrəəhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərəktəxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədarəsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərəkbildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğunolaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavəməlumatın verilməsi təmin olunacaqdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
42
az.trend.az

10Источники