RU

Milli Məclisdə qazilər və şəhid ailələri ilə bağlı FİKİR AYRILIĞI: "Xəbəriniz varmı..."

“Dövlət qazilərə, şəhid ailələrinə qayğı göstərsə də, bu, kifayət etmir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Tahir Kərimli deyib. 

 

“Qazilər özlərini yiyəsiz hiss edir. Düzdür, aralarında pislər də var. Xarici ölkələrdə xüsusi qurumlar var. Təklif edirəm ki, bizdə də qazilərlə məşğul olunması üçün belə qurum yaradılsın”, - millət vəkili qeyd edib.

 

T.Kərimlinin sözlərinə cavab olaraq spiker Sahibə Qafarova bildirib ki, bu məsələlərlə məşğul olmaq üçün YAŞAT Fondu var:

 

“YAŞAT Fondundan xəbəriniz varmı? Onlar nə qədər iş görür. Biz Milli Məclisdə 4 qazini işə götürmüşük. Bizimlə çalışan şəhid anası var. Bu məsələni belə ümumiləşdirmək olmaz”. 

 

Firuzə Əliyeva

Избранный
184
sfera.az

1Источники