RU

Ermənistanda rəsmilərə Belarus qadağası

Ermənistanda Baş nazir Nikol Paşinyanın Administrasiyasının rəhbəri Arayik Arutyunyan yüksəkvəzifəli şəxslərə Belarusa rəsmi səfərləri istisna etməyi tapşırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Nəşr dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanlanmış sərəncamın fotosunu da dərc edib.

Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyinibəyan edib. Bundan sonra isə Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırdığını açıqlayıb.

"Cebhe.info"

Избранный
106
1
cebheinfo.az

3Источники