RU

FİFA reytinqi - Azərbaycan irəlilədi

FİFA qadın futbolçulardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan millisi 75-ci yerdə qərarlaşıb.

Yığmamızın hesabında 1321,84 xal var. Siyasət Əsgərovun yetirmələri ötən reytinqlə müqayisədə 1 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ 2099,89 xalla İspaniya başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
81
5
milli.az

8Источники