RU

Tahir Mirkişili: Müharibədən sonra sosialyönümlü xərclər 3 dəfə artırılıb

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 3 dəfə artırılıb.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Müharibədən əvvəl - 2019-cu ildə büdcənin sosialyönümlü xərcləri 5,2 milyard manat, müharibədən sonra - 2023-cü ildə 13 milyard manat olub. 2024-cü ildə isə 15,7 milyard manatdır", - deyə o qeyd edib.

Избранный
60
4
ikisahil.az

5Источники