''Haber Türk'': Rəcəb Tayyib Ərdoğan: ''Türkiyə cazibə mərkəzidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə İspaniyanın Baş naziri Pedro Sançes ilə görüşüb. Ərdoğan İspaniya ilə münasibətləri daha da inkişaf etdirmək istədiklərini bildirib. Türkiyə Prezidenti deyib: “İspaniyadan daha çox investoru bölgənin cazibə mərkəzi olan Türkiyəyə dəvət edirik”.
''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''Atəşkəs qərarı kağız üzərində qalmamalıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadakı vəziyyəti yaxından izlədiyini, ədalətli və davamlı sülhü təmin edəcək planı alqışlayacaqlarını vurğulayıb. Ərdoğan deyib: "Əhəmiyyətli olan atəşkəs qərarının kağız üzərində qalmamasıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri İsrailə təzyiq göstərməlidirlər''.
''Sabah'': Pedro Sançes Türkiyə ilə bağlı açıqlama verdi
İspaniyanın Baş naziri Pedro Sançes İspaniya və Türkiyənin hər sahədə ən gözəl əlaqələri olan iki ölkə olduğunu bildirib. "Türkiyə İspaniyanın əsas iqtisadi tərəfdaşıdır və regionunda mühüm aktyordur", - Pedro Sançes bildirib.
''Star'': Türkiyə PUA məsələsində də İspaniya ilə əməkdaşlıq edəcək
Yerli və milli müdafiə sənayesi mövzusunda beynəlxalq miqyasda məşhur olan Türkiyə TCG Anadolu gəmisindən sonra pilotsuz uçuş aparatları (PUA) məsələsində də İspaniya ilə əməkdaşlıq edəcək.
''Yeni Şafak'': ''F-16''lar mövzusunda imzalar atıldı
Milli Müdafiə Nazirliyindəki mənbələr ABŞ-dan alınacaq ''F-16''larla bağlı müqavilənin imzalandığını açıqlayıb. Məlumatda deyilir: “Müqavilələr imzalanıb, nümayəndə heyətləri arasında danışıqlar yolu ilə təfərrüatlar üzrə araşdırmalar davam etdirilir”.
''Vatan'': Mərkəzi Bankın ehtiyatları tarixi zirvədədir
Mərkəzi Bankın ehtiyatları ötən həftə 2,5 milyard dollar artaraq 146 milyard 152 milyon dollarla tarixi zirvəyə çatıb. Aprelin əvvəlindən ehtiyatlardakı artım 71,5 milyard dollara çatıb.