Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük Yeddilik” Liderləri Zirvəsində xüsusi qonaq qismində çıxış edəcək.
NOCOMMENT.az xəbər verir ki, Ərdoğanın çıxışının əsas hissəsini İsrailin Qəzzada 8 aydır davam edən hərbi əməliyyatları tutacaq.
O, Türkiyənin Qəzzada atəşkəsin təmin edilməsi üçün göstərdiyi diplomatiya və humanitar yardımlardan danışacaq.
Bundan başqa prezidentin çıxışında Rusiya-Ukrayna müharibəsi və iqtisadi əməkdaşlıq məsələlərinin də olacağı bildirilir.