RU

Ermənistanda rəsmilərə Belarus qadağası...

Ermənistanda Baş nazir Nikol Paşinyanın Administrasiyasının rəhbəri Arayik Arutyunyan yüksəkvəzifəli şəxslərə Belarusa rəsmi səfərləri istisna etməyi tapşırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Nəşr dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanlanmış sərəncamın fotosunu da dərc edib.

Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bəyan edib. Bundan sonra isə Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırdığını açıqlayıb.

Belarus Xarici İşlər Nazirliyi isə açıqlamasında ölkənin Ermənistandakı səfiri Aleksandr Konyukun yaxın zamanlarda Minskə geri çağırılacağını bildirib.
Qeyd edilib ki, Belarus Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil.

“Bu gün Ermənistanda necə ağır daxili siyasi vəziyyətin yarandığını biz hamımız görürük. Əlbəttə, müxtəlif insanlar ciddi emosional yüklənmələrə fərqli dözüm nümayiş etdirirlər. Bunu anlaya bilərik”, - Belarus XİN-in rəsmi nümayəndəsi Anatoliy Qlaz əlavə edib.


Избранный
121
50
qafqazinfo.az

10Источники