“Gürcüstan Milli Legionu” hərbiləşdirilmiş birləşmə Rusiya Federasiyasında məhkəmə tərəfindən terror təşkilatı kimi tanınıb və terror təşkilatları siyahısına daxil edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti “Gürcüstan Milli Legionu” terror təşkilatının üzvlərindən dövlət təhlükəsizliyinə təhdidlərin aşkarlanması və qarşısının alınması üzrə fəaliyyətini davam etdirir", - məlumatda qeyd olunub.